Hatayda “Lodos” küləyi balıqçı gəmilərini batırdı

Türkiyənin Hatay vilayətinin İskenderun rayonunda “Lodos” küləyi (cənub-qərb istiqamətində) baş qaldırıb.

Nəticədə bəzi balıqçı gəmiləri batıb.

İskenderun körfəzində təsirli olan “Lodos” küləyi limanda lövbər salan bəzi balıqçı qayıqlarının batmasına səbəb olub. Digər qayıqların da batmaması üçün ərazidə işlər aparılır.

Mənbə: Haber Global 

Share: