Harri Keyn Premyer Liqada rekorda imza atdı

İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində “Tottenhem” səfərdə “Vulverhempton”la qarşılaşıb.

Oyun “Tottenhem” klubunun minimal hesablı qələbəsi ilə bitib.

Oyunda yeganə qolun müəllifi olan Harri Keyn həm də Premyer Liqada bir komanda ilə ən çox qol vuran futbolçuya çevrilib.

Belə ki, H.Keynin vurduğu sonuncu qol hücumçunun London klubunun heyətində Premyer Liqada rəqib qapısından keçirdiyi 185-ci qoludur.

Qeyd edək ki, daha əvvəlki rekord “Mançester Siti”nin keçmiş oyunçusu Serxio Agueroya məxsus idi.

Mənbə: Championat

 

Share: