Hacıqabulda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsi ilə meyvə-tərəvəz daşıyan “Ford Transit” markalı yük avtomobili toqquşub.

Nəticədə “Ford”un sürücüsü, 40 yaşlı Füzuli rayon sakini Elşad Şirxan oğlu Hacıyev və onun sərnişini, 33 yaşlı Ucar rayon sakini Hilal Atamoğlan oğlu Nuriyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Share: