Həbsdə olan güneyli həkim təhdid edildi: Başının kəsiləcəyi deyildi

Həbsdə olan güneyli həkim təhdid edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Amerikanın Səsi” radiosu güneyli həkim Həmid Qarahəsənlinin işgəncələrini əks etdirən səs yazılarını yayımlayıb.

Səs yazılarında deyilənlərə əsasən, güneyli həkim həbsdə olarkən repressiv hökumət qüvvələri tərəfindən qəddarcasına işgəncələrə məruz qalıb, eləcə də xanımı və 13 yaşlı qızının gözləri qarşısında başının kəsilməsi ilə hədələnib.

Qeyd edək ki, Həmid Qarahəsənli və həyat yoldaşı Fərzanə Qarahəsənli Yəzd və Məşhəd həbsxanalarına sürgün edilməzdən əvvəl Kərəc həbsxanasından səs yazıları paylaşılıb.

 

Share: