Gürcüstanda güclü külək və dolu üzüm bağlarını məhv edib

Gürcüstanın Kaxeti bölgəsində dolu və güclü külək üzüm bağlarını, kənd təsərrüfatı sahələrini məhv edib.

Məlumata görə, evlərin dam örtüyü, avtomobillər və elektrik ötürücü dirəklər də zədələnib. Bölgədə əhalinin bir hissəsi işıqsız qalıb.

Kaxeti qubernatoru Giorgi Aladaşvili bildirib ki, təbii fəlakətdən zərər çəkmiş bələdiyyələrə dəyən ziyan qeydə alınacaq və bölgə səlahiyyətliləri zədələnmiş evlərin damlarını vaxtında təmir edəcəklər.

“Biz həmçinin “Rtveli-2023” qərargahı ilə də əlaqə saxlayırıq ki, korlanmış üzüm məhsulu vaxtında şərabçılara təhvil verilsin”, – deyə rayon rəhbəri bildirib.

Mənbə: gazeta.ru

Share: