Güney azərbaycanlı milli fəal barədə bir həftədir xəbər yoxdur

Bir həftə əvvəl İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi) qüvvələri tərəfindən aparılan güney azərbaycanlı milli fəal Peyman İbrahimi Dinvər barədə hələ də xəbər yoxdur.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilir ki, ailəsinə onun hara aparıldığı və vəziyyəti barədə məlumat verilmir.

Xatırladaq ki, mərhum aşıq Qafar İbrahiminin oğlu olan milli fəal avqustun 26-da Təbriz şəhərində həbs edilərək naməlum yerə aparılıb.

 

Share: