Günel Zeynalovanın qaşı yaralandı: İstanbul konsertini təxirə saldı

Müğənni Günel Zeynalova qaşının yaralanması səbəbindən konsertini təxirə salıb.

Bu barədə müğənni “Instagram” hesabında məlumat verib.

Onun Türkiyənin İstanbul şəhərində bu gün verəcəyi konserti martın 17-nə keçirilib.

“Gözüm zədələnə bilərdi. Daha ağır nəticələri ola bilərdi. Bu günə çox şükür”, – deyə o “hekayə” bölməsində yazıb.

Share: