Göyçayda örüş sahəsində qalıqları tapılan şəxs bir müddət əvvəl itkin düşübmüş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində tapılan kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının bir müddət əvvəl itkin düşən şəxsə aid olduğu ehtimal edilir.

Oxu.Az-ın məlumatına görə, itkin düşən şəxsin 59 yaşlı Rusiya vətəndaşı, 1964-cü il təvəllüdlü Sergey Nikolayeviç Kuzmin olduğu ehtimal edilir.

Qeyd edək ki, o, avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb.

15:36

Oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqlarının aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət

Share: