Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

2006-ci il təvəllüdlü Rəvan Rüstəmov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Share: