Finlandiyada nüvə silahı yerləşdirilməyəcək

Finlandiya NATO-ya daxil olduqdan sonra bu ölkədə nüvə silahı yerləşdirilməyəcək.

Bunu Xarici işlər naziri Pekka Haavisto mətbuat konfransında bildirib.

“Biz başa düşürük ki, NATO nüvə silahına malik bir ittifaqdır, lakin bu silahlar ABŞ-ın nəzarəti altındadır və ABŞ onları başqa ölkələrə yaymağa çalışmır”, – o bəyan edib.

Nazir izah edib ölkəsi nüvə silahı tələb etmir və heç kim Finlandiyaya bu silahı təklif etmir

O, həmçinin bildirib ki, Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edərkən fəaliyyət dairəsini daraltmaq istəmədiyi üçün heç bir ilkin şərt irəli sürməyib.

Mənbə: rossaprimavera.ru

Share: