Finlandiya baş naziri gözyaşlarına boğuldu: “Özümün də görmək istəmədiyim görüntülər var”

Finlandiya Baş naziri Sanna Marin dostları ilə oxuduğu və rəqs etdiyi görüntülər ortaya çıxdıqdan sonra narkotik testindən keçib.

Gecə klubunda qucaqlaşma görüntülərindən sonra baş nazir bu dəfə də rəsmi ofis otağında çəkdirdiyi fotoşəkillərlə gündəm olub.

Lahti şəhərində keçirilən tədbirdə izdiham qarşısında çıxış edən Marin baş verənlərdən danışıb və gözyaşlarını saxlaya bilməyib.

Emosional çıxışı zamanı o, hisslərini və duyğularını açıq şəkildə ifadə edib. “Mən insanam və bəzən bu qara buludların arasında sevinc, işıq və əyləncə üçün darıxıram”, – deyə baş nazir qeyd edib.

O, həmçinin bildirib ki, internetə sızan görüntülər arasında onun özünün də görmək istəmədiyi kadrlar var.

Mənbə: Haber Global

Share: