FIFA ilk dəfə Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq hakim təyin edib

Beynəlxalq Futbol Federasiyası (FIFA) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından olan qadını beynəlxalq dərəcəli hakim təyin etmək qərarına gəlib.

Bu status Anud Əl-Əsməriyə verilib.

Əl-Əsməri Səudiyyə Ərəbistanından daha yeddi kişi hakimin də yer aldığı beynəlxalq kateqoriyalı hakimlərdən biri olmaqdan xoşbəxt olduğunu bildirib. Kişilərdən ibarət komanda oyununda işləməyə hazır olub-olmamasına gəlincə isə o, təyinat Səudiyyə Futbol Assosiasiyası tərəfindən təsdiqlənənə qədər bu barədə düşünmək istəmədiyini bildirib.

34 yaşlı Əl-Əsməri hakimlik karyerasına 2018-ci ildə başlayıb.

Xatırladaq ki, Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qrup mərhələsinin üçüncü turunun Almaniya və Kosta-Rika milli komandaları arasında keçirilən oyununda (4:2) fransalı Stefani Frappartın başçılıq etdiyi qadın hakimlər briqadası çalışıb.

Mənbə: Arabian Daily

Share: