FHN-in növbəti humanitar yardım kolonu Türkiyəyə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı Nazirliyin 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə qardaş ölkəyə yola salınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir.

Share: