FHN əməliyyat görüntüləri yayıb

Ötən sutka ərzində 16 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin, Kürdəmir rayonunun Sığırlı kəndində baş vermiş qəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Share: