“Fənərbağça” səfərdə qalib gəlib “Qalatasaray”a yaxınlaşdı

Türkiyə Super Liqasında XXVI turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Alanyaspor”un qonağı olub. Görüş İstanbul klubunun qələbəsi ilə başa çatıb – 3:1.

Enner Valensiyanın penaltidən dubl etdiyi qarşılaşmada “Fənərbağça”nın son qoluna Emer Mor imza atıb.

Qələbə sayəsində “Fənərbağça” xalını 54-yə yüksəldib. İkinci yerdə qərarlaşan komanda bu tur məğlub olan lider “Qalatasaray”la fərqi 6-ya endirib.

Share: