Evlərini və maşınlarını satsalar da əməliyyat üçün pulları çatmır: Lalənin valideynləri fəryad edirlər

Dörd yaşlı Lalənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aytən Hüseynova məlumat verib.

O bildirib ki, övladı qaraciyər sirrozundan əziyyət çəkir:

“Lalənin dörd yaşı var, doğulandan son dövrlərə qədər səhhətində heç vaxt ciddi problem olmayıb. Altı ay öncə isə övladımın qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrənmişik. Həmin gündən indiyə qədər lazım olan bütün müalicələrini etmişik, amma həkimlər qeyd edirlər ki, mütləq Laləyə qaraciyər köçürülməli, əməliyyat olunmalıdır”.

Aytən Hüseynova əməliyyat üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Lalənin donoru öz əmisi oğlu olacaq. Əməliyyat üçün isə bizə ümumilikdə 76 000 manat lazımdır. Həmin məbləği toplamaq üçün evimizi və maşınımızı satmışıq. Amma hələ də 6 000 manatımız çatmır. Xahiş edirəm ki, yardımsevər şəxslər bizi bu yolda tək buraxmsınlar”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb. Valideynə bildirilib ki, Nazirlər Kabinetinin Xidmətlər Zərfinə 04.08.2023-cü il tarixli düzəliş edilməsi barədə qərarına əsasən, qaraciyər köçürülməsi əməliyyatı təminata alınıb. Lakin valideyn gözləmək istəmədiyini bildirib və əməliyyatın qısa zamanda Turkiyə Respublikasında icra olunmasını istəyib.

Ailə ilə əlaqə: (055) 678-85-89

Share: