“Everton” yenə “Liverpul”un müqavimətini qıra bilmədi

İngiltərə Premyer Liqasının 6-cı turunda öz evində “Liverpul”u qəbul edən “Everton” qələbə qazana bilməyib.

Oxu.Az xəbər verir ki, oyunda ilk və tək qol qonaqların qapısına vurulsa da, hakim topu hesaba almayıb. 

“Qudisson Park” arenada baş tutan qarşılaşmanı ingilis hakim Entoni Teylor idarə edib. “Mersisaydlılar”ın üstünlüyü ilə keçən matçda qalib müəyyənləşməyib.

“Liverpul” ötən mövsüm hər iki oyunda məğlub etdiyi “Everton”a bu dəfə qalib gələ bilməyib. Evertonun isə doğma meydanda keçirdiyi derbi oyunlarındakı qələbə həsrəti davam edir. “Mavilər”in sonuncu qələbəsi 2010-cu ildə qeydə alınıb.

Share: