Ermənistanda təyyarə qəzasında ölənlər Rusiya vətəndaşları imiş

Ermənistanda qəzaya uğrayan “B55” tipli təyyarənin yanaraq ölən pilotlarının Rusiya vətəndaşları olduqları bəlli olub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd edilir ki, qəzaya uğrayan təyyarə İrəvandan Həştərxana uçurmuş.

15:22

Ermənistanın Kotayk vilayətinin Craber kəndi ərazisində “B55” tipli təyyarə qəzaya uğrayıb. 

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəzadan sonra yanğın başlayıb. Qəza yerində iki yanmış cəsəd tapılıb.

Mənbə: Sputnik Ermənistan

Share: