Ermənilərin başında partlayan MİATSUM ARZUSU

Sonuncu Brüssel görüşündə sülhə qol qoyan ermənilərin bu gün Azərbaycanla yaratdığı gərginlik təəccüb doğurmur.

Çünki Nikol Paşinyan hökuməti hər dəfə Rusiya və Avropanın vasitəçiliyi ilə baş tutan görüşlərdə pozitiv mesajlar verib, Ermənistana qayıtdıqdan sonra revanşist ritorikanı işə salırdı.

Hətta bir müddət öncə ağılları 20-ci əsrin 80-cı illərinə gedən ermənilər “Miatsum” deyib küçələrə axışmışdılar.

Millət vəkili Cavanşir Feyziyev Ermənistanın sülh danışıqlarını pozmaq üçün, davamlı olaraq təxribatlara əl atdığını qeyd edib.

Nikol Paşinyan bir çox televiziyalara müsahibəsində Qarabağ məsələsinin onlar üçün bitmədiyini vurğulayırdı. Lakin aylardı deyildiyi kimi, bu təxribatlarda ən çox itirən tərəf ermənilər oldu.

Daha ətraflı Baku TV-nin süjetində:

Share: