Ərini öldürüb üzərində otaq tikən qadın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın qətlini sifariş verdiyi həyat yoldaşının cəsədini hissələrə ayırararaq yaşadadıqları evin həyətində basdırıb.

Qadın simic həyat yoldaşının qətlini dərziyə sifariş verib.

Belə ki, Şəhla (Adlar şərtidir) Məcidlə 10 ildir evli idi və son bir ayda ailə həyatından yorulmuşdu, həyat yoldaşından necə can qurtarmağın yollarını axtarırdı.

Gününü evdə keçirən Şəhla rəfiqəsi ilə danışarkən yaşadığı yerdən mərkəzə köçmək istədiyini deyir, həyat yoldaşının vecsizliyindən şikayətlənir. Eyni zamanda ərinin ona işləməyə icazə vermədiyini, pul verərəkən də xəsislik etdiyini söyləyir.

Məcidə nifrəti gün keçdikcə artan Şəhla həyat yoldaşı televizora baxarkən dərziliklə məşğul olan Cəfərə mesaj yazaraq onunla təcili görüşmək istədiyini bildirir.

Səhəri gün Şəhla Məciddən rəfiqəsinə kömək etmək adı ilə pul alaraq dərzinin yanına yollanır və ona həyat yoldaşını pul müqabilində öldürməyi təklif edir. Qətli sifariş verdikdən sonra vicdan əzabı çəksə də, əməlini dayandırmağa cəhd etmir.

Beləliklə, ertəsi gün Cəfər paltarını dəyişərək Şəhla ilə planlaşdırdığı saatda ov tüfəngini də götürüb hadisə yerinə yollanır.

Hər şeyi Şəhla özü planlaşdırsa da, ərinin ölümünü görmək istəmir. Cəfər içəri girib, silahı Məcidə tərəf tuşlayır, daha sonra onu itələyərək ard-arda iki dəfə atəş açır. Məcid aldığı güllə yaralarından hadisə yerindəcə həyatını itirir.

Cinayəti törətdikdən sonra Cəfər evin həyətində qətlə yetirdiyi Məcidi basdırmaq və izi itirmək üçün Şəhla ilə danışdığı kimi işinə başlayır. Şəhla ona cinayəti törətdiyi üçün söz verdiyi pulun qalan hissəsini verir.

Ətraflı Baku TV-nin süjetində:

Share: