Emreli yeni mövsümdə ilk qolunu vurdu: “Dinamo” geridönüş etdi

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub.

Oxu.Az xəbər verir ki, forvard “Osiyek”lə səfər matçında fərqlənib.

30-cu dəqiqədə meydana çıxan futbolçu 71-ci dəqiqədə, komandası hesabda 0:2 geri olarkən fərqlənib və geri dönüşün təməlini qoyub. Son dəqiqələrdə “Dinamo” daha iki qol vuraraq çətin qələbə qazanıb – 3:2.

M.Emrelinin komandası beş matçda topladığı 10 xalla dördüncüdür.

 

Share: