Elektronika məhsullarının satış şəbəkəsi “Smart Electronics” 7-ci mağaza filialını açdı

Geniş çeşidli və yüksək keyfiyyətli məhsulları ilə alıcıların istəklərinə daim cavab verən elektronika məhsullarının satış şəbəkəsi “Smart Electronics” 7-ci mağaza filialını açıb.

Şəhərətrafı qəsəbələrdə yaşayan insanların rahatlığını nəzərə alaraq şirkətin növbəti filialı Hövsan qəsəbəsi, Elman Qasımov 17 ünvanında fəaliyyətə başlayıb.

Yeni Hövsan filialının açılışına gələnlərə mağaza konsepti, yeni məhsullar, ev tekstili və mətbəx əşyaları nümayiş etdirilib. Qonaqlar üçün xüsusi endirimlərlə yanaşı, “Şans Çarxı” lotereyası da təşkil olunub.

Alıcılara ev üçün lazım olan daha çox əşyanı bir ünvanda təqdim etmək məqsədilə Smart Electronics artıq yeni filialında mebel satışı da həyəta keçirir. Belə ki, Hövsan filialı “Saloğlu” şirkətinin yeni ekonom büdcəli mebel markası olan “Venzana” mebellərini sərfəli şərtlərlə təklif edir.

Artıq altı ildir elektronika bazarında böyüməkdə olan “Smart Electronics” açılışa özəl kampaniyada 30 sentyabradək bütün smartfon və planşetlərə 18 ay, digər bütün notbuk, məişət əşyaları, aksessuarlar və 100-lərlə müxtəlif məhsula 24 ay müddətinə faizsiz və komissiyasız hissəli ödəniş imkanı yaradır. “Smart Electronics”, həmçinin nağd alışlarda hədiyyələr və “Umico” ilə alış verişdə 7%- dək keşbək təklif edir.

Yeni filial və digər filiallardakı yeniliklərlə bağlı www.smartelectronics.az saytında daha ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, alıcılar *2999 nömrəsi ilə əlaqə saxlayaraq doğru məhsulu seçmək üçün mütəxəssis köməyindən də yararlana bilərlər.

Qeyd edək ki, bölgələrdə olan müştərilərinə daha yaxın olmaq üçün tezliklə “Smart Electronics”in regional filialları da fəaliyyətə başlayacaq.

Share: