Eko-fəallar əllərini Fransisko Qoyanın rəsm əsərlərinə yapışdırdılar

Noyabrın 5-də Madriddəki Prado Milli Muzeyində iki ətraf mühit fəalı əllərini ispan rəssamı Fransisko Qoyanın (1746-1828) iki rəsminin çərçivələrinə yapışdırıblar.

Onlar etiraz aksiyası üçün “Çılpaq Maxa” və “Geyimli Maxa” tablolarını seçiblər.

Bununla yanaşı, fəallar rəsmlərin arasındakı divarda qara boya ilə “+1,5 dərəcə” yazıblar.

Bununla da onlar Paris razılaşması ilə müəyyən edilmiş 1,5 dərəcə orta temperatur artımı səviyyəsilə bağlı dünya ölkələrinin öhdəliyinə eyham vurublar.

Qeyd edək ki, hər iki etirazçı polis tərəfindən saxlanılıb.

Mənbə: gazeta.ru

Share: