Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.

20:36

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 63 kiloqramda yer alan idmançı ermənistanlı Qraçya Poqosyanla qarşılaşıb.

Rəqibi üzərində 10:4 hesablı qələbə qazanan Məmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Share: