Dilarə Kazımova: “Duet oxumağı heç kəs təklif etməyib, mən də düşünməmişəm”

Müğənni Dilarə Kazımova meyxanaçılarla duet oxumaq istəyi fikrinə münasibət bildirib.

Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı 2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi ilə danışıb.

Xatırladaq ki, ötən gün Dilarə Kazımova meyxanaçılar Vüqar Əbdülov, Namiq Qaraçuxurlu və Pərviz Bülbülə duet oxumaq istəyi ilə bağlı açıqlama verib. Gözəl və keyifyyətli duet alınacağını dilə gətirib.

Müğənnin sözlərinə görə, o duet barədə heç vaxt düşünməyib:

“Bu mənim fikrim deyildi. Sual verdilər ki, duet oxuya bilərsən? Mən də təsdiq etdim. Heç bir meyxanaçı ilə danışmamışam. “Dəm olmuşam” da meyxana idi. Onu öz stilimdə oxudum. Heç vaxt inanmırdım ki, meyxananı caz stilində oxumaq mümkün olar”.

D.Kazımova bu məsələ ilə bağlı ona təklif gəlmədiyini qeyd edib:

“Təkrar edirəm, heç bir meyxanaçı ilə danışmamışam. Sadəcə suala cavab verdim. Mənim ülubumda olsa, niyə də yox?! Heç kəs təklif etməyib, mən də düşünməmişəm. Keyfiyyətli musiqi olsa, əlbəttə oxuya bilərəm. Niyə də olmasın?!”

Nəzrin Vahid

Share: