DÇ-2022: Portuqaliya Uruqvaya qalib gəlib 1/8 finala vəsiqəni təmin etdi

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.

Oxu.Az xəbər verir ki, Fernandu Santuşun başçılıq etdiyi kollektiv buna H qrupunun II tur oyununda Uruqvayı 2:0 hesabı ilə məğlub etməklə nail olub. Brunu Fernandeşin vurduğu qollar pireneyliləri sona bir tur qalmış pley-offa daşıyıb.

28 yaşlı yarımmüdafiəçi 54-cü hesabı açıb. 90+3-cü dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Fernandeş yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Pireney təmsilçisi liderliyini qoruyub. 1 xalı olan Uruqvay və Cənubi Koreya yığmaları 3-4-cü yerləri bölüşdürür. Qana seçməsi isə 3 xalla ikincidir.

Qeyd edək ki, daha əvvəl Fransa və Braziliya milli komandaları vaxtından əvvəl qrupdan çıxmağı rəsmiləşdirib.

00:51

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oxu.Az xəbər verir ki, oyunda hesab dəyişib. 

Matçın 90+3-cü dəqiqəsində Bruno Fernandes Portuqaliyanın ikinci qolunu vurub. O, penaltini dəqiq yerinə yetirib. 

 

00:13

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oxu.Az xəbər verir ki, oyunda hesab açılıb. 

Qarşılaşmanın 55-ci dəqiqəsində Portuqaliyanın heyətində Bruno Fernandes hesabı açıb. 

00:03

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oxu.Az xəbər verir ki, oyunda ikinci hissə başlayıb. 

Qarşılaşmada hesab açılmayıb.

23:49

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oxu.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb. 

Qarşılaşmada hesab açılmayıb. 

23:01

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda Portuqaliya və Uruqvay yığmaları qarşılaşırlar. 

Oxu.Az xəbər verir ki, oyun saat 23:00-da start götürüb.

22:25

Qətərdə keçirilən dünya çempionatının H qrupunun II turunda üz-üzə gələcək Portuqaliya və Uruqvay yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaq:

Portuqaliya: Dioqu Koşta, Pepe, Nunu Mendeş, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Vilyam Karvalyu, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Kriştianu Ronaldu

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Xose Mariya Ximenes, Dieqo Qodin, Matias Oliveyra, Sebastyan Koates, Darvin Nunyes, Edinson Kavani, Federiko Valverde, Matias Vesino

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Share: