DÇ-2022: İsveçrə – Kamerun qarşılaşmasında ikinci hissə başladı

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin I turunda İsveçrə və Kamerun yığmaları arasındakı qarşılaşmada ikinci hissə başlayıb.

14:50

Qətərdə keçirilən dünya çempionatının G qrupunun İsveçrə – Kamerun oyununda ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, ilk hissədə tərəflərin heç biri fərqlənə bilməyib.

14:00

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin I turunda İsveçrə və Kamerun yığmaları arasında qarşılaşma start götürüb. 

13:38

Qətərdə keçirilən dünya çempionatının G qrupunun I turunda üz-üzə gələcək İsveçrə və Kamerun yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

İsveçrə: Yann Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Rikardo Rodriges, Qranit Caka, Remo Froyler, Cibril So, Bril Embolo, Cerdan Şakiri, Ruben Varqas

Kamerun: Andre Onana, Nuxu Tolo, Nikolya N Kulu, Jan-Şarl Kastelletto, Kollins Fay, Samuel Que, Martin Onqla, Andre Zambo-Angissa, Brian Mbyomo, Erik Şupo-Motinq, Karl Toko Ekambi

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Share: