DÇ-2022: İspaniya Kosta Rika ilə oyunda hesabı açdı

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya – Kosta Rika matçında hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 21-ci dəqiqəsində İspaniya növbəti qolu vurub. 

Markos Asensio fərqlənərək komandasının üstünlüyünü möhkəmlədib.

20:12

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya – Kosta Rika matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində Danoi Olmo Kosta Rikanı hesabda önə çıxarıb. 

20:01

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turu çərçivəsində baş tutan İspaniya – Kosta Rika matçı start götürüb.

Oxu.Az xəbər verir ki, hazırda oyunda hesab açılmayıb. 

19:31

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Share: