DÇ-2022: 1/8 finala yüksələn növbəti komanda Mərakeş oldu

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

Oxu.Az xəbər verir ki, komanda F qrupunun sonuncu – 3-cü turunda Kanadaya 2:1 hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

20:06

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, ilk yarı Mərakeşin 2:1 hesablı üstünlüyü ilə bitib.

19:51

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, ilk yarı Mərakeşin 2:1 hesablı üstünlüyü ilə bitib. 

19:42

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab dəyişib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 41-ci dəqiqəsində mərakeşli Ager avtoqola imza atıb. 

Oyunda hesab Mərakeşin xeyrinədir – 2:1.

19:25

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab dəyişib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 23-cü dəqiqəsində En Nesiri Mərakeşin ikinci qolunu vurub. 

19:06

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 4-cü dəqiqəsində Hakim Ziyeş Mərakeşi hesabda önə çıxarıb. 

19:02

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda Kanada – Mərakeş matçı start götürüb.

Oxu.Az xəbər verir ki, qarşılaşma saat 19:00-da başlayıb. 

18:27

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, komandalar matça aşağıdakı onbirliklərlə başlayacaqlar:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Share: