Dağıstanda yük qatarı qoyun sürüsünə çırpıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanın Babayurt rayonunda yük qatarı qoyun sürüsünə çırpılıb.

Məlumata görə, 100-ə yaxın heyvan ölüb.

Rayon rəhbərliyi qəzanın baş verdiyini təsdiqləyib. Hadisənin Babayurt-Qrebskoye keçidində baş verdiyi bildirilib.

Qeyd olunub ki, insident nəticəsində heç bir insan xəsarət almayıb. Toqquşmadan sonra maşinist qatarı saxlayıb.

Mənbə: 360tv.ru

Share: