Çinlı qadın saçının uzunluğu ilə internetdə məşhurlaşdı

Çində saçının uzunluğu 2 metr 70 santimetr olan qadın görənləri heyrətə salıb. Sözügedən qadın Çinin Quansi-Çjuan Muxtar Rayonundakı yao etnik qrupunun nümayəndəsidir.

Quylin şəhərindəki etnik qrupun qadınları özlərinin uzun və sağlam saçları ilə diqqət çəkirlər. Oradakı qadınlardan biri isə 2 metr 70 santimetr uzunluğa sahib saçları ilə internetdə məşhurlaşıb.

Qadın saça qulluq sirrinin fermentləşdirilmiş düyü suyu olduğunu açıqlayıb. Bildirilir ki, etnik qrupun qadın nümayəndələrinin saçlarının uzunluğu ortalama 1 metr 40 santimetrdir.

Mənbə: Haber Global

Share: