Çində krematori və dəfn evlərinin qarşısında növbə yaranıb

Peykdən qeydə alınmış yeni görüntülərdə Çinin bir sıra şəhərlərində krematorilərin və dəfn evlərinin qarşısında növbələrin yarandığı əks olunub.

Mənbə iddia edir ki, bu, Çində ciddi məhdudiyyətlərin aradan qaldırılmasından sonra misli görünməmiş COVID-19 infeksiyası dalğasının yaşandığını sübut edir.

Fotolar dekabr və yanvar aylarında çəkilib.

Kadrlarda Pekinin kənarında, Kunminq, Nanjinq və Tannqan şəhərlərində cənazə evlərinin qarşısında maşın cərgələri görünür.

Mənbə: CNN

Share: