Çin ABŞ-ni pandasız qoydu

ABŞ-nin bütün zooparkları son 50 ildə ilk dəfə olaraq pandasız qalacaqlar – bütün heyvanlar vətənlərinə qaytarılacaq.

Məlumata görə, Çin ABŞ-yə heyvanları dostluq əlaməti olaraq müvəqqəti təhvil verirdi, lakin bu il müqaviləni yeniləməyib.

ABŞ nəşrləri “panda diplomatiyası”nın sonu olduğuna eyham vursalar da, ekspertlər başqa səbəbləri də – məsələn, pandaların yaşı və bəzi heyvanların pandemiya səbəbindən 2020-ci ildə geri dönə bilməməsini göstərirlər.

Xatırladaq ki, aprel ayında Çin artıq dostluq elçisi kimi ölkəyə verilən nəhəng panda “Ya Ya”nı Memfis zooparkından aparmışdı.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Share: