Ceyhun Bayramov latviyalı həmkarı ilə Azərbaycanın sülh və antiterror tədbirlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.

Bu barədə C.Bayramov “X” hesabında məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.

 


Share: