Cenifer Lopes 8 ildən sonra ilk dəfə yeni albom çıxaracaq

Hollivud aktrisası və müğənni Cenifer Lopes 8 ildən sonra ilk albomunun işıq üzü görəcəyini açıqlayıb.  

53 yaşlı müğənni albomun “This Is Me… Now” (“İndi bu Mənəm” – red) adlanacağını qeyd edib.

Qeyd edilir ki, yeni albom ulduz sənətçinin uzun illər ərzində keçdiyi emosional, mənəvi və psixoloji yola həsr olunub.

Albom 2023-cü ildə musiqisevərlərin ixtiyarında olacaq.

Cenifer Lopez albomunda yer alacaq musiqi treklərin siyahısını öz “Instagram” hesabında paylaşıb.

 

Share: