Çempionlar Liqasında 1/8 finalın ilk oyunları başa çatdı: “İnter” qazandı, Almaniyada sülh oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçlara yekun vurulub.

“İnter” doğma meydanda “Porto”ya qalib gəlib.

Qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib. “Porto”dan Otavio 78-ci dəqiqədə komandasını azlıqda qoyub. Bundan sonra hücumların kəsərini artıran “İnter” 86-cı dəqiqədə R.Lukakunun qolu ilə yekun hesabı müəyyənləşdirib.

Gecənin digər oyununda “Leypziq” doğma meydanda “Mançester Siti”ni qəbul edib.

Qonaqlar ilk hissədə R.Mahrezin qolu ilə hesabda önə keçiblər. Lakin Xosep Qvardiolanın yetirmələri bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. 70-ci dəqiqədə J.Qvardiol hesabı bərabərləşdirib.

 

Share: