Çempionlar Liqası: “Sportinq” son anda qələbə qazandı, “Viktoriya” yenə uduzdu

UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.

İlk oyun günündə 8 qarşılaşma keçiriləcək. Oyunlardan bəziləri artıq başa çatıb.

C qrupunda Plzen “Viktoriya”sı Çexiyada İtaliya “İnter”ini sınağa çəkib. İlk turda “Barselona”ya böyük hesabla uduzan çexlər doğma azarkeşləri önündə də məğlub olublar – 0:2.

D qrupunda isə İngiltərə “Tottenhem”i Portuqaliyada “Sportinq”lə üz-üzə gəlib. Oyunun əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnsə də, matça əlavə edilmiş ilk dəqiqədə ev sahibləri fərqlənərək qələbəni təmin ediblər – 2:0

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

C qrupu

“Viktoriya” (Plzen, Çexiya) – “İnter” (İtaliya) 0:2

D qrupu

“Sportinq” (Portuqaliya) – “Tottenhem” (İngiltərə) 2:0

Qeyd edək ki, II turun digər matçları sentyabrın 14-də olacaq.

 

Share: