Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə dəyən zərər aradan qaldırıldı

Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Bu barədə məlumatı Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova yayıb:

“Yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb”, – deyə o bildirib.

Share: