Buketli dava və qaz balonu: Romantik evlilik təklifinin gözlənilməz sonluğu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində sonu melodramaya çevrilən evlilik təklifi ilə bağlı qeyri-adi əhvalat baş verib.

Baş verənlər ərazidəki müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda bir gəncin əlində gül dəstəsi ilə qızın qarşısında diz çökməsi əks olunub. Lakin xanımın hədiyyəni qəbul etmək istəmədiyi aydın görünür. Bu zaman qarşısındakı mənzərədən qəzəblənən narıncı gödəkçəli başqa biri peyda olur və diz çökən gəncə hücum çəkir. Bundan sonra bibər qazlı və buketli dava başlayır.

Davanın nə ilə bitdiyi və qızın ürəyinə sonda kimin sahib olduğu məlum deyil. Həmçinin münaqişə tərəflərinin bir-biri ilə necə əlaqəli olduğu və dramatik hadisələrin nədən qaynaqlandığı qaranlıq olaraq qalır.

Mənbə: “Mash” “Telegram” kanalı

Share: