Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları baş tutacaq

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları baş tutacaq.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında “Bernli” – “Tottenhem”, “Çelsi” – “Nottingem Forest” və “Mançester Siti” – “Fulhem” matçları eyni saatda – 18:00-da (bütün oyunların saatı Bakı vaxtı ilə qeyd olunub – red.) başlayacaq. Saat 20:30-da daha bir maraqlı görüş baş tutacaq. “Brayton” “Nyukasl”ı qəbul edəcək.

Fransa Liqa 1-də mövsümə uğurlu başlayan “Monako” öz meydanında “Lill”in müqavimətini qırmağa çalışacaq. Matçın start fiti saat 23:00-da səslənəcək.

Almaniya Bundesliqasında iki oyuna maksimum xal toplayan “Bavariya” Münhenqladbax “Borussiya”sının qonağı olacaq. Oyun 20:30-da başlayacaq.

İtaliya A Seriyasında son çempion “Napoli” mövsümə uğursuz başlayan, hər iki görüşdə məğlub olan “Latsio”nu sınağa çəkəcək. Matç 22:45-də başlayacaq.

İspaniya La Liqasında “Real Madrid” paytaxtın digər təmsilçisi “Xetafe” ilə üz-üzə gələcək. Oyun saat 18:15-də başlayacaq.

Türkiyə Super Liqasında son çempion “Qalatasaray” saat 22:45-də “Qaziantep”in qonağı olacaq.

2 sentyabr

İngiltərə Premyer Liqası

18:00. “Bernli” – “Tottenhem”

18:00. “Çelsi” – “Nottingem Forest”

18:00. “Mançester Siti” – “Fulhem”

20:30. “Brayton” – “Nyukasl”

Fransa Liqa 1

23:00. “Monako” – “Lans”

Almaniya Bundesliqası

20:30. “Borussiya” (Münhenqladbax) – “Bavariya”

İtaliya A Seriyası

22:45. “Napoli” – “Latsio”

İspaniya La Liqası

18:15. “Real Madrid” – “Xetafe”

Türkiyə Super Liqası

22:45. “Qaziantep” – “Qalatasaray”

Faiq Tahirov

Share: