Bryanskda elektrik yarımstansiyasında partlayış baş verdi

Rusiyanın Bryansk vilayətinin Poqar şəhərində elektrik yarımstansiyasında partlayış baş verib.

Bu barədə “Mash” “Telegram” kanalında paylaşım edilib.

Yarımstansiya Ukrayna sərhədinin 30 kilometrliyində yerləşir.

Yerli sakinlərin sözlərinə görə, ərazidə elektrik kəsilib. Hadisənin səbəbləri və xəsarət alanlar barədə məlumat yoxdur. 

Hələlik rəsmi məlumat verilməyib. 

Share: