Britni Spirs 6 milyon dollar ödədikdən sonra “bahalısan, get” dediyi vəkilindən cavab

Məşhur müğənni Britni Spirs vəkili Metyu Rozenqarta 16 ayda 4,2 milyon dollar ödəyib.

Bu barədə müğənniyə yaxın mənbələr xəbər veriblər.

Bildirilir ki, vəkil Metyu Rozenqart 2021-ci ilin noyabrından 2023-cü ilin martına qədər müştərisi Britni Spirsdən 4 milyon 201 min 856 dollar alıb.

Mediada yayılan məlumata görə, bu, ifaçının işinə görə vəkilə ödədiyi ümumi məbləğin yalnız bir hissəsidir. Bütün vəkil haqqının təxminən 6 milyon dollar olduğu güman edilir.

Bildirilir ki, Spirs baha başa gəldiyi üçün Rozenqartın xidmətlərindən imtina etmək qərarına gəlib.

Bundan sonra hüquqşünas başlanmış işləri heç bir ödəniş etmədən başa çatdırmağa razı olduğunu deyib.

Mənbə: TMZ

Share: