Britaniya hərbi qəzeti: “Rusiya Sevastopolun müdafiəsini döyüş delfinləri ilə gücləndirib”

Rusiya Sevastopolun müdafiəsini altı müdafiə eşelonu və döyüş delfinləri ilə gücləndirib.

Bu barədə Britaniya donanmasının rəsmi qəzeti olan “NavalNews” məlumat yayıb.

Qəzet müəlliflərinin fikrincə, hazırda Sevastopol buxtasının girişi ən azı altı müxtəlif fiziki baryer zolağı ilə qorunur.

“Bundan əlavə Sevastopol buxtasında patrul katerləri, helikopterlər, döyüş delfinləri, dalğıclar yerləşdiriliblər və atəş nöqtələri təyin olunub”, – deyə nəşr qeyd edib.

Kəşfiyyat mənbələrindən alınan məlumata görə, aprelin 3-dən 9-na kimi orada ponton barjalarının yerləşdirilməsinə başlanılıb.

Share: