Braziliyada tükürpədən cinayət: Hamilə rəfiqəsini qətlə yetirib, qarnını yardı

Braziliyanın Santa-Katerina ştatında tükürpədən cinayət baş verib.

27 yaşlı Rozalba Maria rəfiqəsi, məktəbdə müəllim işləyən Flavia Marfanın ad gününü təbrik etmək adı ilə onu evindən çıxararaq heç kimin olmadığı əraziyə aparıb.

Planın davamında qatil Flavia Marfanın başına kərpiclə bir neçə zərbə endirib və nəticədə 25 yaşlı hamilə qadın ölüb.

Lakin qatilin hamını dəhşətə gətirən cinayəti bununla bitməyib.

Canını tapşırmış hamilə rəfiqəsinin qarnını yaran Rozalba Maria onun uşağını bətnindən çıxararaq hadisə yerindən uzaqlaşıb.

Həyat yoldaşının gəlmədiyini görən Marfanın əri polisə onun itkin düşməsi barədə məlumat verib.

Aparılan axtarışlar nəticəsində cinayətkar tapılaraq istintaqa təhvil verilib.

Məhkəmə qatil qadını 57 həbsə məhkum edib.

Qeyd olunur ki, Flavia Marfanın körpəsi sağ tapılaraq onun ailəsinə təhvil verilib.

Mənbə: Haber Global

 

Share: