Binəqədidə gecə ilə ağaclar kəsilir?

Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işləri aparıldığı iddia edilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yaşıllığa ziyan vurulub. 

Vətəndaşlar iddia ediblər ki, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında görülüb:

“Artıq iki-üç heyva ağacı və başqa iri ağaclar kəsilib. Yerdə qalan iki çinar da bu gecə kəsilə bilər”.

Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən ünvanda “Azərişıq” ASC tərəfindən elektrik xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri həyata keçirilir.

Share: