Biləsuvarlı fermerlərin su problemi yaranıb, taxıl sahələri məhv ola bilər

Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakinləri əkin sahələrini suvarmaq üçün su problemi ilə üzləşiblər.

Kənd sakinləri bu barədə “Report”un yerli bürosuna müraciət ediblər.

Onların dediyinə görə, əgər sahələrini suvara bilməsələr taxıl sahələri məhv ola bilər.

“Axırıncı dəfə ötən il sahələri suvarmışıq. Su tapmaqda çətinlik çəkirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Taxıla ehtiyac yarandığı üçün, cari ildə bu məhsulu əkdik. Lakin sahələrimiz məhv olmaq təhlükəsi ilə üzləşib”.

Kənd sakinlərinin sözlərinə görə, suyun bölüşdürülməsinə düzgün yanaşılmır. Problemlə bağlı Aşağı Cürəli Su İstehsalçıları Birliyindən bildirilib ki, suvarma işləri qrafik əsasında aparılır:

“On gün Maşın qolu vasitəsilə yuxarı hissələr suvarılır. Sonra Cənubi-Muğan kanalı vasitəsilə sahələr suvarılacaq. Daha sonra isə sözügedən sahələrə su veriləcək”.

Share: