Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş vermiş insidentlə bağlı AÇIQLAMA

Biləsuvarda məktəb direktoru ilə müəllim arasında baş verən insident araşdırılır.

Bu barədə Oxu.Az-a Şirvan-Salyan Təhsil İdarəsindən məlumat verilib.

“Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə tərəfimizdən araşdırılır. Araşdırma bitdikdən sonra bununla bağlı mətbuata ətraflı məlumat veriləcək”, – deyə idarədən bildirilib.

19:49

Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında baş verən münaqişə lentə alınıb.

Həmin hadisənin görüntülərini təqdim edirik:

Share: