Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə bağlı tədbir görülüb

Biləsuvarda “Təmiz hava” aylığı çərçivəsində avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə təşkil olunan növbəti nəzarət tədbirləri zamanı saxlanılan nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzi avtomobillərin ətraf mühitə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. 

Həmin nəqliyyat vasitələrinin sürücüləri ilə izahedici söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Share: