Berlində 80 min insan İrandakı etirazlara dəstək mitinqinə qatılıb

On minlərlə insan şənbə günü Berlində İran rejiminə qarşı bir neçə həftədir davam edən etirazlara dəstək üçün toplaşıb.

Avropanın müxtəlif yerlərindən gələn etirazçılar Qələbə sütunu ətrafında etiraz aksiyası keçiriblər. Bir neçə saat ərzində izdiham hər tərəfdən nümayişə axışıb. Polis helikopterinin köməyi ilə onların sayının 80 min nəfər olduğu müəyyən edilib.

Aksiyada Güney Azərbaycan milli mübarizə bayrağı da dalğalandırılıb.

Qeyd edək ki, İranda İslam Respublikasına və onun avtoritar hökumətinə qarşı etirazlar beşinci həftədir ki, dayanmır.

 

Mənbə: Azad İran

Share: