“Barselona” rəqibini meydana çıxmağa peşman etdi

Son İspaniya çempionu “Barselona” La Liqanın V turunu darmadağınla başa vurub.

Oxu.Az xəbər verir ki, Kataloniya klubu öz meydanında “Betis”ə beş cavabsız qolla qalib gəlib.

25-ci dəqiqədə Joau Feliks hesabı açıb. Yeddi dəqiqə sonra Robert Levandovski fərqi iki topa çatdırıb. 62-ci dəqiqədə Ferran Torres, dörd dəqiqə sonra Rafinya fərqləniblər. 81-ci dəqiqədə isə Joau Kanselu hesabı “Betis” üçün biabırçı həddə çatdırıb və matçda son nöqtəni qoyub.

Qələbə “Barselona”nı ən azı bir günlük liderliyə yüksəldib. Xavinin komandasının 13 xalı var. “Betis” yeddi xalla doqquzuncudur.

Faiq Tahirov

Share: